AZ

Bakıdan İrəvanı sevindirən xəbər Moskva elan etdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycan Rusiya mallarını Ermənistana çatdırmağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. 

“İki gün əvvəl rəsmi Bakı Rusiya mallarının Azərbaycan dəmir yolları ilə Ermənistana daşınmasının mümkünlüyünü bizə təsdiqlədi. Bu baxımdan çox maraqlı irəliləyiş əldə etmişik. Hazırda “Rusiya Dəmir Yolları” regiondakı tərəfdaşları ilə birlikdə bu yükdaşımaların təşkili məsələlərini müzakirə edir. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinə bu marşrutun inkişafı ilə bağlı müvafiq tapşırıqlar vermişik”, – deyə o qeyd edib. 

Xatırladaq ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
globalinfo.az

1Mənbələr