Ana Vətən Partiyasının sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, ona ilkin tibbi yardım göstərildikdən sonra müalicəsinin davam etdirilməsi üçün xəstəxanaya yerləşdirilib. Hazırda Fəzail Ağamalı həkim nəzarəti altındadır.
Məlumata əsasən, onun səhhətindəki problemlərə səbəb dünən partiyasının qurultayında oğlu ilə bağlı yaşanan hadisələr olub.
Qeyd edək ki, Fəzail Ağamalı ötən gecə anidən özünü pis hiss edib və təcili tibbi yardım çağırılıb.