
Avstraliyalı Lani Pallister Torontoda keçirilən Dünya Kubokunda 800 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordu vurub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, o, bu məsafəni 7 dəqiqə 54 saniyəyə qət edib.
Əvvəlki dünya rekordçusu tarixdə ən çox medal qazanan qadın üzgüçü amerikalı Keti Ledeki olub.
2022-ci ilin noyabrında ABŞ-də keçirilən Dünya Kubokunda o, 7 dəqiqə 57,42 saniyə nəticə göstərib.