AZ

Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib

Zərdab, 26 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə günorta saatlarında Ağcabədi–Zərdab avtomobil yolunda baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər həyatını itirib.

Hadisənin təfərrüatları və ölümün səbəbi araşdırmalardan sonra məlum olacaq.

Seçilən
75
5
azertag.az

8Mənbələr