AZ

Peskov: Rusiya və ABŞ arasında yeni sammit üçün ciddi hazırlıq lazımdır

BAKI, 26 oktyabr. TELEQRAF

"Rusiya ilə ABŞ arasında mümkün sammitin keçirilməsi üçün ciddi hazırlıq işləri aparılmalıdır".

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov VQTRK jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.

Onun sözlərinə görə, prezidentlər sadəcə görüş xatirinə görüşmürlər:

“Dövlət başçıları vaxtlarını səbəbsiz yerə itirməzlər. Ona görə də Vladimir Putin və Donald Tramp bu prosesi hazırlamaq üçün Lavrov və Rubioya tapşırıq veriblər. Belə bir sammitin keçirilməsi üçün əvvəlcədən ciddi "ev tapşırığı" görülməlidir.”

Kremlin nümayəndəsi vurğulayıb ki, belə bir görüşün məqsədi yalnız formal diplomatik jest deyil, real nəticələrə yönəlmiş konkret razılaşmaların hazırlanması olmalıdır.

Seçilən
41
teleqraf.com

1Mənbələr