“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında 950-ci qolunu qeyd edib.
İdmanxeber.az xəbər verir ki, 40 yaşlı portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda “Əl-Hazm”la oyunun 79-cu dəqiqəsində fərqlənib. Görüş “Əl-Nəsr”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda Ronaldonun hesabında klub səviyyəsində 807, Portuqaliya millisində isə 143 qol var.