Azərbaycanın yeniyetmə sablyaçıları Gürcüstanın Tbilisi şəhərində keçirilən "European CC Tbilisi-2025" beynəlxalq turnirində 4 medal qazanıblar.
Apasport.az Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.
Züleyxa Sultanlı, Ayan Ağasıyeva və Cahan Sadxovadan ibarət komanda birinci yeri tutub. İdmançılar finalda Gürcüstan yığmasına 45:37 hesabı ilə qalib gəlib.
Qız sablyaçıların şəxsi yarışında Züleyxa Sultanlı ikinci, Ayan Ağasıyeva isə üçüncü olub.
Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında isə Abbas Hüseynov gümüş medal qazanıb.
"Qızıl Qurd" ləqəbli kikboksçumuz peşəkar karyerasını başa vurub - VİDEO
Konor Makqreqor döyüşə bilməyəcək - diskvalifikasiya edilib
III MDB Oyunları: Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb - FOTO
III MDB Oyunları: Azərbaycan qılıncoynadanları iki medal qazanıblar
Pereyra revanş aldı - UFC KƏMƏRİNİ GERİ QAYTARDI