Zərdabda ağır yol qəzası olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağcabədi-Zərdab avtomobil yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-21099" və "Land Rover" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı "VAZ-21099"un sürücüsü Abdullayev Azər Cəlal oğlu aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbi araşdırılır.
FOTO QALEREYA

