AZ

Kriştiano Ronaldo 950-ci qolunu vurdu

“Əl-Nəsr” klubunun hücumçusu və kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 6-cı turunda “Əl-Həzm” üzərində 2:0 hesablı qələbədən sonra emosiyalarını bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 40 yaşlı ulduz bu qarşılaşmada öz karyerasının 950-ci qoluna imza atıb.

“Komandama qələbə qazandırdığım və 950-ci qolumu vurduğum üçün xoşbəxtəm. Mən hər zaman daha çoxuna can atıram!”, – deyə ulduz futbolçu "X" hesabında yazıb.

Ulduz futbolçu indiyədək 808 qolunu klub səviyyəsində, 142 qolunu isə Portuqaliya millisinin heyətində vurub.

Cari mövsümdə portuqaliyalı oyunçu Pro Liqada 6 oyunda meydana çıxıb və 6 qola imza atıb. Onlardan biri penalti zərbəsindən qeydə alınıb. Futbolçunun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
73
90deqiqe.az

1Mənbələr