AZ

Gürcüstan və Ermənistan təhlükəsizlik rəhbərləri Tbilisidə görüşdü

BAKI, 26 oktyabr. TELEQRAF

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradze Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan ilə görüşüb.

Teleqraf Gürcüstan KİV-ə istinadən xəbər verir ki, görüş Tbilisidə baş tutub.

Tərəflər əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, regiondakı təhlükəsizlik çağırışlarını və bu sahədə birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Seçilən
69
teleqraf.com

1Mənbələr