AZ

“Eni” Türkiyəyə qaz tədarükünü dayandırıb

Ayna saytına istinadən ain.az xəbər verir.

"Bu il Avropada satışların azalması Türkiyədə “Botas”a “Mavi axın”la qaz satdığımız müqaviləni ləğv etməyimizlə bağlıdır”

İtaliyanın neft və qaz şirkəti “Eni” “Botas Corporation” ilə “Mavi axın” qaz boru kəməri üçün bağladığı müqavilə çərçivəsində Türkiyəyə qaz tədarükünü dayandırıb. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə “Eni”nin Qlobal Qaz və Mayeləşdirilmiş Təbii Qaz Portfeli direktoru Kristian Siqnoretto məlumat verib.

"Bu il Avropada satışların azalması Türkiyədə “Botas”a “Mavi axın”la qaz satdığımız müqaviləni ləğv etməyimizlə bağlıdır. Bu, boru kəmərinin özü ilə əlaqəli idi", - deyə baş menecer bildirib.

Siqnoretto əlavə edib ki, “Eni” boru kəmərindəki iştirakını dayandırmaq istəyir. Onun sözlərinə görə, bu, Avropada satışların kəskin azalmasının əsas səbəbi olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
ayna.az

1Mənbələr