AZ

Tramp daha iki ölkəni barşıdırdı - Kamboca və Tayland Malayziyada sülh sazişi imzalandı…


ABŞ Prezidenti Donald Tramp Asiya turnesi çərçivəsində Malayziyada Kamboca və Tayland arasında hərbi mübahisələrə son qoymaq məqsədi daşıyan sülh sammitində iştirak edib.

Malayziyanın Baş naziri Ənvər İbrahim, Taylandın Baş naziri Anutin Çarnvirakul və Kambocanın Baş naziri Hun Manetin iştirak etdiyi zirvədə Kamboca ilə Tayland arasında atəşkəs sazişi imzalanıb.

Sammitdə çıxış edən Tramp Malayziyanın Baş naziri İbrahimə Tayland və Kamboca arasında "tarixi" müqavilədəki roluna görə təşəkkür edib. Sammitin milyonlarla insanın həyatını xilas edəcəyini deyən Tramp Kamboca və Tayland arasında hərbi münaqişəyə son qoyan tarixi saziş imzalandığını bildirib.

Tramp sülh müqavilələri bağlamaqda çox başarışıqlı olduğunu və bu baxımdan Birləşmiş Millətlər Təşkilatından "daha yaxşı" olduğunu bildirib.

TAHİR

Seçilən
50
baki-xeber.com

1Mənbələr