AZ

Davaya görə 100-ə yaxın insanı bölməyə apardılar

Moskvadakı "Prokşino" yaşayış kompleksində baş verən kütləvi davadan sonra 80-dən çox insan polis bölmələrinə aparılıb.

Publika.az xəbərverir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk özünün Telegram kanalında məlumat yayıb.

Məlumatda deyilir: "Hazırda polisə aparılan 19 nəfərin Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsinə uyğun cinayət törətməkdə iştirakı müəyyən edilib. Onlar Rusiya Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsi ilə saxlanılıblar".

Volkun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları iki şəxsin Rusiya vətəndaşlığının ləğvini nəzərdən keçirirlər. O əlavə edib ki, 65 cinayətkara qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə inzibati protokollar tərtib edilib. Bundan əlavə, saxlanılanların bəziləri ölkədən deportasiya edilə bilər.

Seçilən
40
publika.az

1Mənbələr