AZ

Türkiyədə zəlzələ olub

Türkiyənin Diyarbəkir vilayətində 4 bal gücündə zəlzələ baş verib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.

Yerli vaxtla saat 14:49-da qeydə alınan zəlzələnin dərinliyinin 13,15 kilometr olduğu bildirilib.

Dağıntı və təlafat barədə məlumat yoxdur.

Seçilən
50
1
olke.az

2Mənbələr