AZ

ABŞ də atışma zamanı bir nəfər ölüb, xəsarət alanlar var

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ-nin Pensilvaniya ştatının Linkoln Universitetində baş verən atışmada bir nəfər ölüb, altı nəfər yaralanıb.

"Report"un "ABC News"a istinadən məlumatına görə, bu barədə dairə prokuroru Kris de Barren-Sarobe bazar günü keçirilən mətbuat konfransında bildirib.

Məlumata görə, hadisə şənbə günü axşam tələbələr futbol oyunundan qayıdarkən universitetin Beynəlxalq Mədəniyyət Mərkəzinin yaxınlığında baş verib.

Prokurorun sözlərinə görə, hadisəni törədənlərdən biri yaralı halda saxlanılıb, digəri isə axtarılır.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
89
1
azpolitika.info

2Mənbələr