AZ

Fələstində prezident səlahiyyətlərinin icrası qaydası dəyişdi

BAKI, 26 oktyabr. TELEQRAF

Fələstin Prezidenti Mahmud Abbas yeni konstitusiya bəyannaməsi imzalayıb.

Teleqraf xəbər verir ki, sənədə əsasən, prezident postu boş qaldığı halda, bu vəzifəni vitse-prezident müvəqqəti olaraq icra edəcək.

"WAFA" agentliyinin məlumatına görə, prezident postu Qanunverici Şura olmadığı bir vaxtda boşalarsa, Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsi sədrinin müavini və Fələstin Dövlətinin vitse-prezidenti 90 gün müddətinə Fələstin Milli Administrasiyasının rəhbərinin səlahiyyətlərini icra edəcək. Bu müddətdə azad və birbaşa seçkilər keçirilməlidir.

Əgər seçkiləri bu müddətdə keçirmək mümkün olmasa, fövqəladə hallar səbəbindən müvəqqəti prezidentin səlahiyyət müddəti yalnız bir dəfə uzadıla bilər.

Qeyd edək ki, Fələstin Dövlətində vitse-prezident vəzifəsi bu ilin aprel ayında yaradılıb, vəzifəyə Hüseyn əş-Şeyx təyin olunub.

Seçilən
80
teleqraf.com

1Mənbələr