BAKI, 26 oktyabr. TELEQRAF
Rusiya ilə Alyaska arasında tunel inşası ideyası gündəmə gətirilib.
Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Anna Paulina Luna ilə görüş zamanı bildirib.
Məlumata görə, tərəflər layihənin texniki və iqtisadi imkanlarını, eləcə də Rusiya–ABŞ əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər.