AZ

“Neftçi” səfərdə “Qəbələ”ni məğlub etdi

Misli Premyer Liqasının IX turunda paytaxtın “Neftçi” komandası səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda keçirilib və meydan sahiblərinin müqaviməti yetərli olmayıb.

“Neftçi”nin qollarını İfeanyi Metyu (71-ci dəqiqə) və yeni transfer, dünyaca məşhur kamerunlu hücumçu Vensan Abubakar (81-ci dəqiqə) vurub.

Bu qələbə sayəsində paytaxt təmsilçisi xallarını 12-yə çatdıraraq turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. “Qəbələ” isə 5 xalla 10-cu sırada qalır.

Turun digər nəticələri isə belə olub:

“Turan Tovuz” – “Karvan-Yevlax” 2:1

“İmişli” – “Kəpəz” 3:0

“Zirə” – “Sumqayıt” 1:0

“Araz-Naxçıvan” – “Sabah” 2:2

Bu nəticələrlə çempionatda maraqlı mübarizə davam edir.

Seçilən
47
90deqiqe.az

1Mənbələr