BAKI, 26 oktyabr. TELEQRAF
Rusiya nümayəndə heyəti ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Anna Paulina Luna ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun ( RİF ) baş direktoru və prezidentin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib .
"Biz dünən konqresmen Anna Luna ilə görüşdük. O, Rusiya ilə dialoqun tərəfdarı olduğunu söylədi", - RDIF rəhbəri bildirib.
Oktyabrın 25-də Luna qeyd edib ki, Birləşmiş Ştatlar Moskva ilə qarşıdurmanın neokonservativ tərəfini dəstəkləməkdənsə, ticarət imkanlarını araşdırmalıdır.