BAKI, 26 oktyabr. TELEQRAF
Gürcüsranda yeniyetmələr tərəfindən vəhşicəsinə döyülən 26 yaşlı müəllim Qiqa Avaliani xəstəxanada ölüb.
Teleqraf "TV Pirveli" saytına istinadən xəbər verir ki, o, Tbilisinin Temka rayonunda döyülüb.
Müəllim bir neçə gün komada olub.
Mərhumun anası bir neçə saat öncə sosial şəbəkədə yaydığı videomüraciətdə cinayətkarların cəzalandırılmasını tələb edib.
Təsdiqlənməmiş məlumatlara görə, qanlı qarşıdurmada biri qız olmaqla 4 nəfər iştirak edib. Münaqişəyə qısqanclıq zəmnində baş verib.
Gürcüstan Daxili İşlər Nazirliyindən “Şabatis Eteri” (“Şənbə yayımı”) proqramına bildirilib ki, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə cinayət işi açılıb.
17 yaşlı oğlan həbs edilib. Qurbanın ailəsi münaqişənin bütün iştirakçılarının müəyyən edilərək cəzalandırılmasını tələb edir.