AZ

“Vini­sius qarşısında oynamaq həmişə motivasiya verir”

“Barselona”nın müdafiəçisi Ronald Arauxo “Real”ın braziliyalı vingeri Vini­sius Juniyoru yüksək qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, uruqvaylı futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“O, inanılmaz futbolçudur. Meydanda möhtəşəm hərəkətlər edir. Qarşısında oynayanda sənin 100 faiz çalışmaqdan başqa çıxış yolun yoxdur. Mən belə oyunçulara qarşı oynamağı sevirəm. Onlar səni maksimum göstərişini göstərməyə məcbur edirlər”

Qeyd edək ki, “Barselona” səfərdə “Real Madrid”lə qarşılaşacaq. La Liqanın 10-cu turuna təsadüf edən “El-Klasiko” bu gün, 26 oktyabr, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Seçilən
36
90deqiqe.az

1Mənbələr