BAKI, 26 oktyabr. TELEQRAF
“İlk öncə komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm”.
Teleqraf xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Vensan Abubakar səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, paytaxt təmsilçisinin üzvləri tərəfindən xoş qarşılandığını bildirib: “Bu hal futbolçunun daha rahat uyğunlaşmasına kömək edir. Buraya "Neftçi"yə faydalı olmaq üçün gəlmişəm. Çempionatda yaxşı nəticələr əldə edə bilərik. Azarkeşlərə dəstəklərinə görə təşəkkür edirəm".
Qeyd edək ki, Qəbələ şəhər stadionunda təşkil olunan görüşün 70-ci dəqiqəsində meydana daxil olan Abubakar bir qol və bir məhsuldar ötürmə müəllifi olub.