AZ

ABŞ Çinə qarşı tarifləri ləğv edəcək

BAKI, 26 oktyabr. TELEQRAF

Birləşmiş Ştatlar Çinə qarşı 100 faiz tarif tətbiq etmək fikrindən imtina edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Çinlə danışıqlardan sonra "NBC News"a müsahibəsində deyib.

S.Bessent qeyd edib ki, Vaşinqton və Pekin liderlərin görüşündən sonra razılığa gələ bilər.

“Prezident Tramp 100 faizlik tariflərlə hədələməklə mənə danışıqlarda əhəmiyyətli təsir rıçaqları verdi və mən inanıram ki, biz bundan qaçmağa və çinlilərlə bir çox başqa məsələləri müzakirə etməyə imkan verəcək çox əhəmiyyətli əsasa çatmışıq”, - deyə maliyyə naziri bildirib.

Oktyabr ayında Trump.mövcud tariflərə əlavə olaraq , noyabrın 1-dən etibarən Çindən gələn bütün mallara 100% tariflərin tətbiqini elan edib.

Seçilən
71
2
teleqraf.com

3Mənbələr