Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəSumqayıt şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksizvəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar NazirliyinSumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırışüzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyitiaidiyyəti üzrə təhvil verilib.