“Bavariya”nın hücum yarımmüdafiəçisi Lennart Karl iki oyun ardıcıl fərqlənməyi bacarıb.
90deqiqe.Az-ın məlumatına görə, 17 yaşlı vunderkind şənbə günü “Borussiya Mönxenqladbax” ilə oyunda meydana çıxandan cəmi beş dəqiqə sonra qol vurub, çərşənbə günü isə Çempionlar Liqasındakı “Brügge” matçında fərqlənib.
Klubun mətbuat xidmətinə danışan baş məşqçi Kompani bildirib:
“Karl əla formadadır, iki oyun ardıcıl qol vurdu. ‘Bavariya’ kimi klubda belə səs-küy normaldır, əsas odur ki, sakit qalasan və işləməyə davam edəsən. Tənqidlər olsa da, eyni şəkildə davam etmək lazımdır. Belə etsə, Lennart üçün hər şey yaxşı olacaq.”
Qeyd edək ki, 29 oktyabr tarixində Münhen klubu Almaniya Kubokunda “Köln” ilə qarşılaşacaq.