AZ

“Xulian Alvaresin gələcəyi ilə bağlı qərarı özü verəcək”

“Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone komandanın aparıcı hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, jurnalist Fabrisio Romano təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Futbolçuların müqavilə danışıqlarına mən heç cür təsir etmirəm. Amma bilirəm ki, Xulian klubdan razıdır. Biz bilirik ki, onun üçün nə yaxşıdır. Alvares işinə sadiqdir.”

Cari mövsümdə 25 yaşlı hücumçu La Liqada 9 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “matrasniklər”lə mövcud müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
59
90deqiqe.az

1Mənbələr