AZ

Lukaşenko: Belaruslar yüksək maaş gözləməməlidirlər

BAKI, 26 oktyabr. TELEQRAF

Belarus vətəndaşları oturub yüksək maaş gözləməməlidir; onlar məqsəd qoymalı və onlara doğru çalışmalıdırlar.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Uşaq və Gənclər üçün Texniki Yaradıcılıq Mərkəzinin açılışında bildirib.

"Siz ölkəni, biznesi və dövlət qurumlarını idarə edəcəksiniz. Daim bunu eşidəcəksiniz: bizə daha çox maaş verin. Yüksək maaşa ümid etməyin", - Belarus lideri vurğulayıb.

Onun sözlərinə görə, cəmiyyətdə işləməyib “saqqız çeynəyənlər”lə yanaşı, az maaşla qarşısına məqsəd qoyub ona doğru gedən mütəxəssislər də var.

Seçilən
38
teleqraf.com

1Mənbələr