AZ

Rusiyanın keçmiş Baş naziri: III Dünya müharibəsi başlayıb

BAKI, 26 oktyabr. TELEQRAF

Rusiyanın keçmiş Baş naziri Sergey Stepaşin III Dünya müharibəsinin artıq başladığını bəyan edib.

Teleqraf xəbər verir ki, S.Stepaşinin sözlərinə görə, bu gün qlobal münaqişə hibrid formada gedir.

Stepaşin əlavə edib ki, söhbətUkraynadan və ya xüsusi hərbi əməliyyatdan getmir. Keçmiş Baş nazir hazırkı vəziyyəti Kuba raket böhranı və Əfqanıstandakı müharibə zamanı gərginlik dövrü ilə müqayisə edib.

Seçilən
38
teleqraf.com

1Mənbələr