AZ

Luvrdakı qarət almaniyalı avtomobil istehsalçısı üçün reklam oldu

Məşhur Luvr muzeyinin qarət olunmasının əks-sədası hələ də davam edir. 

Avtosfer.az xəbər verir ki, bu talanda istifadə edilmiş avtosəbət Almaniyanın Dortmund şəhərində istehsal edilib. Oğurluq hadisəsi ictimailəşdikdən sonra istehsalçı “Böcker” şirkəti sosial şəbəkədə reklam xarakterli məlumat yayıb.

Şirkət bildirir ki, “Böcker Agilo” avtosəbəti 400 kiloqramadək yükü dəqiqədə 42 metr sürətlə qaldıra bilir. Mühərrik isə elə səssiz işləyir ki, sanki pıçıldayır. 

İstehsalçı “tez etmək lazım gəldikdə” ibarəsini özünə şüar seçib.

Vüqar

Seçilən
49
1
avtosfer.az

2Mənbələr