AZ

Yevlaxda AĞIR QƏZA: İki yük avtomobili toqquşdu, ölənlər var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Yuxarı Qarxun kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirildikdən sonra məlum olub ki, "Mercedes" və "KamAZ" markalı iki yük avtomobili toqquşub. Nəticədə, iki nəfər avtomobillərin dəmir konstruksiyaları arasında sıxılı vəziyyətdə qalıb.

Seçilən
94
demokrat.az

1Mənbələr