BAKI, 26 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının IX turuna yekun vurulub.
Teleqraf xəbər verir ki, turun son oyununda “Qarabağ” və “Şamaxı” komandaları üz-üzə gəlib.
“Azersun Arena”da keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Oyunu baş hakim Tural Qurbanov idarə edib.
Qeyd edək ki, bu gün baş tutan digər matçda “Neftçi” səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Daha əvvəl oynanılan görüşlərdə “Turan Tovuz” səfərdə “Karvan-Yevlax”ı 2:1, “İmişli” “Kəpəz”i 3:0, “Zirə” isə evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Sabah” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 2:2.