AZ

Tuskdan sarsıdıcı etiraf: “Rusiya Qərbdən daha güclüdür!”

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Polşanın baş naziri Donald Tusk Rusiyanın Qərb ölkələri qarşısında müəyyən üstünlüyə sahib olduğunu bildirib. 

Globalinfo.az xəbər verir ki, o, bu fikri “The Times” qəzetinə verdiyi müsahibədə səsləndirib.

Tuskun sözlərinə görə, Ukrayna ilə müharibə Rusiya iqtisadiyyatına mənfi təsir göstərsə də, Qərbin Moskva ilə qarşıdurmada üstünlük qazandığını demək çətindir.

“Fakt budur ki, Rusiya Qərbə, xüsusən də Avropaya nisbətən əhəmiyyətli üstünlüyə malikdir. Söhbət döyüşə hazırlıqdan gedir və bu, tamamilə həlledici məsələdir”, – deyə Polşa baş naziri vurğulayıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
1
globalinfo.az

2Mənbələr