AZ

Tramp Pakistan və Əfqanıstan arasındakı gərginlik haqda DANIŞDI

ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı gərginliyin çox tez həllini təmin edəcəyini bildirib.

Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammitində iştirak edən Tramp iki ölkə arasındakı əlaqələrə dair qiymətləndirmələr edib.

"Mən eşitdim ki, Pakistan və Əfqanıstan arasında danışıqlar başlayıb. Bunun çox tez həll olunacağına əminəm", - deyə Tramp əlavə edib.

Qeyd edək ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasında baş verən sərhəd toqquşmalarından sonra elan edilən 48 saatlıq atəşkəs Türkiyə və Qətərin dəstəyi ilə uzadılıb.

Seçilən
28
9
paralel.az

10Mənbələr