“Neftçi”nin hücumçusu Ağadadaş Salyanski qışda icarəyə veriləcək.
Apasport.az saytına verilən məlumata görə, U-21 yığmamızın forvardına Premyer Liqa klublarından təklif gəlib.
Belə ki, “Kəpəz” və “Şamaxı” gənc futbolçunu icarəyə götürməyi planlaşdırır.
Əslində, Salyanskinin mövsümün əvvəlində “Şamaxı”ya keçmək ehtimalı olsa da, klub onun komandada qalmasına üstünlük vermişdi. İndi "gözdən çıxarılmasına" səbəb həmin mövqeyə ulduz futbolçu Vensan Abubakarın transferi olub.
Qeyd edək ki, Ağadadaş Salyanski bu mövsüm "Neftçi"nin heyətində 8 rəsmi matça çıxıb və 1 qolla yadda qalıb.
"Neftçi" Qəbələdən 3 xalla qayıdır - YENİLƏNİB
Millimizin rəqibləri bəlli olub
Ozancan Kökçü oynadı, komandası qalib gəldi
Rüfət Abdullazadə məhsuldar ötürmə etdi, komandası məğlub oldu
Günün oyunları bu kanallarda