Bakı. Trend:
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olanbirmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m²sahədə və dəhlizin tavanı 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərəkaidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğındanmühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindənsöndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.