AZ

Kredit götürmək istəyən şəxs dələduzluğun qurbanı olubVİDEO

Kredit götürmək istəyən şəxs qohumlarını 2 min manat ziyana salıb.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Binə qəsəbə sakini Şərafət Qənbərova "TikTok" sosial şəbəkəsində rast gəldiyi kredit xidməti səhifəsinə 3 min manat kredit götürmək üçün müraciət edib. Məlumatlarını göndərdikdən sonra isə dələduzların tələsinə düşüb.

Zərərçəkən deyir ki, nəticədə onun vatsap hesabı ələ keçirilib və qohumlarından onun adından pul istənilib. O, bununla bağlı dərhal Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verib.

DİN-dən “Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. 

Eyni zamanda bildirilib ki, vətəndaşlar bu cür hallarla qarşılaşdıqları zaman DİN-in 102 zəng mərkəzinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  



Seçilən
56
2
xezerxeber.az

3Mənbələr