AZ

Müştəri “Mushu Sushi” restoranının Statistika filialında kobud xidmətlə qarşılaşdığını iddia edir

Sosial şəbəkələrdə “Mushu Sushi” restoranının Statistika metrosu yaxınlığındakı filialı ilə bağlı narazılıq yayılıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Jalə Budaqova bildirib ki, o və rəfiqələri restorana daxil olub boş masada əyləşdikdən sonra sifariş vermək istəyiblər. Lakin onlara xidmət edən işçinin kobud davranışı səbəbindən müəssisəni tərk etmək məcburiyyətində qalıblar.

Müştərinin sözlərinə görə, işçi xanım müraciət zamanı qeyri-etik və laqeyd münasibət göstərib, verilən suallara kobud şəkildə cavab verib. Budaqova qeyd edir ki, sifariş etmək istədiyi “Tom yum” şorbasının olmadığını bildirən əməkdaşın davranışı onların restorandan getməsinə səbəb olub.

O, əlavə edib ki, restoranı ilk dəfə yoxlamaq istəyiblər, lakin yaşanan vəziyyətdən sonra geri qayıtmağı düşünmürlər. Müştəri qeyd edir ki, restoranın digər işçisinə vəziyyətin səbəbini izah edərkən də narazılığını açıq şəkildə bildirib.

Jalə Budaqova restoran rəhbərliyinin xidmət keyfiyyətinə nəzarət etməsinin vacibliyini vurğulayıb.

Seçilən
31
1
nocomment.az

2Mənbələr