Almaniya Bundesliqasının VIII turu çərçivəsində keçirilən oyunda Leverkuzenin “Bayer” komandası doğma arenada “Frayburq”u məğlub edib – 2:0.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma “BayArena” stadionunda baş tutub. Görüşün baş hakimi Hannoverdən olan Harm Os mers olub.
Oyunun 22-ci dəqiqəsində Ernest Poku hesabı açıb, 52-ci dəqiqədə isə Edmond Tapsoba komandasının üstünlüyünü artırıb. Qonaqlar 74-cü dəqiqədə müdafiəçi Filipp Linhartın qırmızı vərəqə alması ilə azlıqda qalıblar.
Bu qələbədən sonra “Bayer” 17 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. 9 xalı olan “Frayburq” isə 11-ci yerdə qərarlaşıb.
Növbəti turda Leverkuzen təmsilçisi 1 noyabrda səfərdə “Bavariya” ilə qarşılaşacaq. “Fryayburq” isə həmin gün “Union”un qonağı olacaq.
 
                        