AZ

Gümrünün meri Rusiya ilə ittifaq yaratmaq çağırışında ittiham olumur

BAKI, 26 oktyabr. TELEQRAF

Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyana qarşı Rusiya ilə ittifaqın zəruriliyi ilə bağlı söylədiyi fikirlərə görə yeni ittihamlar irəli sürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Facebook-da onun vəkili Zaruhi Postancyan məlumat verib.

O, yeni ittihamların merin başqa ölkələrlə ittifaq yaratmaq barədə fikirlərinə görə irəli sürüldüyünü deyib.Merə qarşı “Ermənistan Respublikasının suverenliyindən imtina etməyə ictimai çağırış” maddəsi üzrə yeni cinayət işi açılıb.

Qukasyan deyirdi ki, Türkiyənin yaratdığı təhlükədən qorunmaq üçün ölkənin öz suverenliyini qorumaqla yanaşı Rusiya ilə müttəfiqliyə ehtiyacı var.

"Gümrü şəhərinin meri öz hüququndan istifadə edərək, sadəcə olaraq, başqa dövlətlər arasında qarşılıqlı məqbul ittifaqların yaradılması ilə bağlı öz fikrini bildirib. Qukasyan dəfələrlə vurğulayıb ki, bu, müstəqil dövlətçiliyi qorumaqla edilməlidir", - vəkil qeyd edib.

O, müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamları siyasi təqib kimi qiymətləndirib və bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Qukasyanı siyasətdən uzaqlaşdırmaq əmri ilə əlaqələndirib.

Həmin şəxs 2025-ci ilin aprelində Gümrü şəhərinin meri seçilib. Siyasətçi ictimaiyyət qarşısında hakimiyyəti tənqid edib. Oktyabrın 21-də o, korrupsiyada şübhəli bilinərək iki ay müddətinə həbs edilib.

Seçilən
52
teleqraf.com

1Mənbələr