AZ

“El Klasiko” qalmaqalla bitdi - “Real” – “Barselona” matçında kütləvi dava baş verdi - FOTO

İspaniya La Liqasının X turu çərçivəsində keçirilən “Real Madrid” – “Barselona” oyunu gərgin anlarla yadda qalıb.

90deqiqe.Az-ın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda baş tutan qarşılaşmada “Real” 2:1 hesabı ilə qalib gəlsə də, matçın sonu kütləvi qarşıdurma ilə nəticələnib. Görüşü Sesar Soto Qrado idarə edib.

Final fitindən bir neçə saniyə əvvəl komandaların ehtiyat skamyaları arasında gərginlik yaranıb. Qarşıdurma zamanı “Real”ın ehtiyat qapıçısı Andrey Luninə sarı vərəqə göstərilib. Oyunun bitdiyini bildirən fitdən dərhal sonra isə meydandakı futbolçular arasında dava baş verib.

Qarşılaşmanın nəticəsinə əsasən, “Real Madrid” 10 oyundan sonra 27 xalla La Liqanın lideridir. “Barselona” 22 xalla ikinci pillədə qərarlaşıb. Beləliklə, Xabi Alonsonun komandası əsas rəqibindən 5 xal uzaqlaşıb.

Seçilən
41
90deqiqe.az

1Mənbələr