AZ

Dmitriyev ABŞ a hədiyyə olaraq “Putin şokoladı” apardı Foto

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Nyu Yorka Rusiya lideri Vladimir Putinin şəkilləri və onun sitatları olan şokoladlar gətirib.

Bakupost.az xəbər verir ki, bu barədə Dmitriyev Teleqram kanalında məlumat yayıb.

O, şokoladları “Rusiya-Amerika dialoqu çərçivəsində” hədiyyə olaraq gətirdiyini bildirib.

Dmitriyevin dərc etdiyi fotoşəkildə iki paket göstərilir: birində “Biz özümüzü tərk etmirik” ifadəsi, digərində “Böyük insanın böyük sözləri” ifadəsi, həmçinin “Rusiya ilə güc dili ilə danışmaq mənasızdır” yazıları.

Qeyd edək ki, Dmitriyev oktyabrın 24-də ABŞ-a səfər edib.

Asena,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
1
www.bakupost.az

2Mənbələr