AZ

Ərdoğan istədiyinə nail oldu, onlar Türkiyəni tərk edir

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

PKK terror təşkilatı Türkiyədən İraqa çəkildiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə İraqın Süleymaniyyə şəhəri yaxınlığındakı Qəndil dağının ətəyində keçirilən mətbuat konfransında bildirilib.

Qərar, bəzi məlumatlara görə, PKK lideri Abdullah Öcalanın göstərişi və təşkilatın may ayında keçirilən qurultayının qərarlarına uyğun olaraq qəbul edilib.

Bəyanatda PKK-nın Türkiyədə təşkilati varlığına və silahlı fəaliyyətinə son verildiyi vurğulanır.

Bu qərar çərçivəsində PKK-nın silahlı dəstələri Türkiyə ərazisini tərk edərək Şimali İraqa doğru gedir.

Bəzi məlumatlara görə, 23 yaraqlıdan ibarət qrup artıq İraqa gəlib.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan “Terrorsuz Türkiyə” siyasətini elan etmişdi.

Asena,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
www.bakupost.az

1Mənbələr