“Yuventus”un fransız müdafiəçisi Pier Kalulu İngiltərə Premyer Liqasına transfer ola bilər.
Fanat.Az xəbər verir ki, futbolçu ilə “Nyukasl Yunayted” və “Tottenhem Hotspur” ciddi şəkildə maraqlanır.
Hər iki klub qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək niyyətindədir və Kalulu onların əsas hədəflərindən biri hesab olunur.
“Yuventus” rəhbərliyi isə 25 yaşlı oyunçunun satılmasına yalnız sərfəli təklif daxil olduğu halda razı ola bilər.