BAKI, 26 oktyabr. TELEQRAF
Pakistan və Əfqanıstan nümayəndə heyətləri gərginliyi azaltmaq üçün bir araya gəldiyi bir vaxtda, tərəflər arasında silahlı qarşıdurma davam edir.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki,atışma nəticəsində Pakistanın 5 hərbçisi, Əfqanıstanın isə 25 yaraqlısı öldürülüb.
Pakistanın hərbi kəşfiyyat agentliyinin məlumatına görə, yaraqlılar cümə və şənbə günləri ölkənin şimal-qərb sərhədində yerləşən Kurram və Şimali Vəziristan bölgələrində ölkə ərazisinəmkeçməyə cəhd ediblər. Bu da Əfqanıstan hökumətinin “terror problemini həll etmək niyyətini” şübhə altına alır.
Taliban hərəkatı yaraqlılara sığınacaq verməklə bağlı ittihamları rədd edir və Pakistanın hərbi əməliyyatlarının Əfqanıstanın suverenliyini pozduğunu iddia edir.
Hər iki ölkənin rəsmiləri bu ayın əvvəlində orduları arasında toqquşmalardan sonra başlayan münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün İstanbulda görüşür.
Pakistan ordusu hücum edənləri “Fitnə əl-Xaric” qruplaşmasının üzvləri olduğunu açıqlayıb.