AZ

Finlandiyada vətəndaşlıq almaq tələbləri sərtləşdirilir

Bakı. Trend:

Finlandiyada vətəndaşlıq almaq üçün tələbləri əhəmiyyətlidərəcədə sərtləşdirən yeni qanun 2025-ci il dekabrın 17-dən qüvvəyəminəcək.

Trend xəbər verirki, ölkə Prezidenti Aleksandr Stubb “Milli Koalisiya” partiyasınınrəhbərlik etdiyi hökumət tərəfindən hazırlanmış düzəlişləritəsdiqləyib.

Dəyişikliklərə əsasən, müraciət edənlərin sabit gəliriolmalıdır; işsizlik müavinəti və ya sosial yardımla yaşayan şəxslərFinlandiya vətəndaşlığı ala bilməyəcək. Əgər şəxs son iki ildə üçaydan çox müddətdə belə yardım alıbsa, onun müraciəti rəddediləcək.

Bundan əlavə, vətəndaşlıq Finlandiyanın həyati maraqlarınıtəhdid edən cinayətlərə görə, o cümlədən terrorizm, satqınlıq vədövlətə xəyanət səbəbindən ləğv edilə bilər. İkili vətəndaşlığıolan şəxslər üçün vətəndaşlığın ləğvi üçün nəzərdə tutulan cəzamüddəti beş ildən iki ilə endirilib. Həmçinin yalan məlumat verməyəgörə vətəndaşlığın ləğvi də mümkündür.

Bu tədbirlər, 2023-cü ildə başlanan daha geniş immiqrasiyaislahatının bir hissəsidir. Bundan əvvəl Parlament vətəndaşlıqalmaq üçün tələb olunan yaşayış müddətini beş ildən səkkiz iləqədər artırmışdı. Yeniliklər Helsinkidə etirazlara və kütləvinümayişlərə səbəb olub.

Seçilən
46
4
az.trend.az

10Mənbələr