AZ

Zelenski etiraf etdi: Vəziyyət ağırdır

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Krasnoarmeysk (Pokrovsk) istiqamətində döyüşlər Ukrayna Silahlı Qüvvələri üçün son dərəcə çətin mərhələyə qədəm qoyub.

Globalinfo.az xəbər verir ki, bu barərə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da yayımladığı müraciətində bildirib.

“Rus qoşunları əsas zərbə qüvvələrini Pokrovsk bölgəsində cəmləşdirib. Bu, həm şəhərdə, həm də qonşu rayonlarda çox gərgin vəziyyət yaradıb. Şəhərdə və kənar ərazilərdə ağır döyüşlər gedir, bəzi istiqamətlərdə təxribat-kəşfiyyat qrupları aktivləşib,” – Zelenski qeyd edib.

Prezident Ukrayna ordusunun müdafiəni saxladığını vurğulayıb və cəbhədə vəziyyətin nəzarət altında olduğunu bildirib, lakin Pokrovsk istiqaməti hazırda Ukraynanın ən gərgin nöqtələrindən biridir.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
globalinfo.az

1Mənbələr