BAKI, 26 oktyabr. TELEQRAF
İspaniya çempionatının onuncu turunda üz-üzə gələn "Real Madrid" və "Barselona"nın futbolçuları arasında oyunun sonunda əlbəyaxa dava düşüb.
Teleqraf xəbər verir ki, final fitinə bir neçə saniyə qalmış komandaların ehtiyat oyunçuları dava ediblər. arasında əlbəyaxa dava düşüb. Bu zaman meydanda olan futbolçular da münaqişəyə qarışıb.
Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.
Əsas vaxtın 10-cu dəqiqəsində “Barselona”nın futbolçusu Pedri ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Madrid klubu 27 xalla ölkə çempionatının turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar 22 xalla ikincidir. Noyabrın 1-də keçiriləcək İspaniya liqasının növbəti matçında "Real Madrid" doğma meydanda "Valensiya" nı, ertəsi gün isə "Barselona" "Elçe"ni qəbul edəcək.