GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, bu gün Zərdabda VAZ-2199 və “Land Rover” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
Globalinfo.az xəbər verir ki, qəza nəticəsində vəfat edən VAZ-2199 markalı avtomobilin sürücüsü Azər Cəlal oğlu Abdullayev vəfat edib. Məlumata görə, Azər Abdullayev 2 uşaq atası olub.
Qəzaya səbəb olan “Land Rover” markalı minik avtomobilinin sürücüsü yerli TV kanallarına açıqlamasında işlətdiyi ifadələrlə gündəm olub. Onun hadisə barədə dediyi sözlər sosial şəbəkələrdə narazılıq yaradıb.
Belə ki, qəzaya səbəb olan maşının sürücüsü “qəsdən öldürməmişik ki, hadisədir də olub. Dünyanın dahi insanları da ölür, burda nə var ki?” deyə verdiyi açıqlama ölən şəxsə hörmətsilik kimi qiymətləndirilib.
Sosial şəbəkə istifadəçiləri 1 nəfərin ölümünə səbəb olan şəxsin qanunla cəzalandırılmasını tələb edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.