AZ

Britaniya və Almaniya nüvə silahından istifadəni düşünür Şok

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Britaniya hərbi rəhbərliyi Almaniya ilə nüvə silahlarının birgə istifadəsini dəstəklədiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə "Deyli Teleqraf" qəzetinin məlumatında deyilir.

"Müdafiə Qərargahının keçmiş rəisi və NATO-nun baş katibi də daxil olmaqla, yüksək vəzifəli hərbi rəsmilər Böyük Britaniyanı Berlinlə yeni müdafiə paktı üzrə danışıqlara başlamağa çağırıblar", - deyə bildirilib.

Nəşr həmçinin qeyd edir ki, bu cür təkliflər ABŞ-ın İkinci Dünya Müharibəsinin sonundan bəri olduğu kimi, bir gün Avropa təhlükəsizliyinin qarantı olmaqdan çıxacağı ilə bağlı artan narahatlıqlar fonunda ortaya çıxıb.

Bildirilir ki, Böyük Britaniya və Almaniya arasında bu məsələ ilə bağlı rəsmi danışıqlar hələ başlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
111
axar.az

1Mənbələr