AZ

''Benfika'' dünya rekordunu yenilədi - ''Real'' və ''Barselona''nı əzib keçdik''

Şənbə günü ''Benfika''da prezident seçkiləri keçirildi. Portuqaliya mətbuatının yazdığına inansaq, seçkilərdə klubun 85 mindən çox rəsmi üzvü iştirak etdi ki, bu da futbol tarixində rekord göstəricidi.

"Football-plus.az" xəbər verir ki, Rui Koşta gözlənildiyi kimi böyük səslə qalib gələrək vəzifəsini qorudu. 2021-ci ildən bu vəzifəni icra edən Koşta səslərin 84,5 faizini topladı. Şənbə günü həm də ''Benfika'' Portuqaliya çempionatının 9-cu turunda evdə ''Aroka''nı 5:0 hesabı ilə darmadağın etdi.

Lissabon nəhənginin çalışdırıcısı Joze Mourinyo oyunsonrası mətbuat konfransında həm bu nəticəyə, həm də baş tutan seçkilərə toxunaraq iddialı acıqlamalar verib:
''Fikrimcə, fanatlarımız üçün unudulmaz bir günü geridə qoyduq. Prezident seçkilərində 85422 səs qeydə alındı və mənə çatan məlumata görə bu, dünya rekordudu. B komandamız səfərdə ''Feyrense''ni məğlub etdi. Biz də 5:0-lıq qələbə qazandıq. Hər kəs kimi mən də seçkilərdə iştirak edərək ''Benfika'' naminə səsimi verdim. Bu gün hər birimiz üçün möhtəşəm bir gündü. ''Benfika'' belə bir rekorda sahib olmağa layiqdi. ''Real'', ''Barselona'' və Argentina nəhənglərindən bəhs edirik. ''Benfika'' onların hamısını əzib keçdi!Oyuna gəlincə, qalib gələcəyimiz ilk dəqiqələrdən bəlli idi. Strateji cəhətdən oyuna güclü başladıq. Pressinqdən yararlandıq və rəqibə göz açmağa imkan vermədik. İlk yarıda 3 qol vursaq da, bununla kifayətlənmədik. ''Aroka'' əslində zəif klub deyil. Amma bu gün ''Benfika'' çox üstün oynadı''.
Seçilən
47
1
football-plus.az

2Mənbələr